Bu ölkədə sərxoş sürücülərin maşınları Ukraynaya göndəriləcək

 Bu ölkədə sərxoş sürücülərin maşınları Ukraynaya göndəriləcək

Latviya parlamenti fevralın 16-da sonuncu oxunuşda sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin Ukraynaya ötürülməsinə icazə verən Ukraynaya dəstək haqqında qanuna düzəlişləri qəbul edib.

Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət koalisiyası avtomobillərin Ukrayna Ordusuna təhvil verilməsinin mümkünlüyü ilə bağlı razılığa gəlib.

"Biz indi sərxoş sürücülərdən müsadirə olunmuş nəqliyyat vasitələrini sata, yenidən emal edə və ya sökə bilərik. Lakin biz görürük ki, hazırkı şəraitdə onlar Ukrayna xalqı üçün faydalı dəstək olardı", - parlamentin Müdafiə, daxili işlər və korrupsiyanı qabaqlamaq komissiyasının sədri Raymond Berqmanis bildirib.

Qeyd edək ki, sərxoş sürücülərdən avtomobillərin müsadirə edilməsi haqqında qanun Latviyada ötən il qəbul edilib.

Xatırladaq ki, müvafiq təklif ölkənin maliyyə naziri Arvils Aşeradens tərəfindən irəli sürülmüşdü.

10:56 - 17 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin