Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
Asayis.Az report-a istinadən xəbər verir ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş olacaq.
Daha sonra Türkiyə və Ermənistan XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.