Xəbər verdiyimiz kimi, Türkiyədə zəlzələ səbəbi ilə telekanallar arasında ilk dəfə ortaq yayımla zərərçəkənlərə yardım toplanacaq.
Asayis.Az xəbər verir ki, yayımda bir çox məşhur müraciət edərək yardımların toplanmasına kömək edəcək.
Məlum olub ki, aktyorlar Oktay Kaynarca və Kənan İmirzalıoğlu bu kampaniyaya qatıla bilməyəcək. Buna səbəb isə Türkiyənin "ATV" kanalının müraciəti olub. Belə ki, kanal rəhbəri orada yayımlanan ekran işlərinin simalarının digər kanallarda görünməsini istəməyib.
Bildirilib ki, ortaq yayımda "Ahbap"a dəstək verən sözügedən aktyorlar kanal rəhbərinin istəyi ilə orada yer almayacaqlar.
Həmçinin efirdə "Ben bu cihana sığmazam" serialında rol alan heç bir aktyorun olmayacağı da deyilib.
Qeyd edək ki, Kənan "Kim milyoner olmak ister"də aparıcılıq edir.