Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinat

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinat

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib.

Asayis.Az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Məzahir Mahmudova həvalə olunub.

V.Kərimov “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə ötən ilin ortalarından rəhbərlik edirdi. Buna kimi isə “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru olub.

Xatırladaq ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,5 milyon manat təşkil edir.

13:59 - 14 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin