Prezident onları təltif etdi - SİYAHI

 Prezident onları təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı.

Asayis.Az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Allahverdiyeva Amaliya Kərim qızı

İsmayılova Ruhiyyə Həsən qızı

Məmmədova Elnara Xasay qızı

Rüstəmov Rövşən Rüstəm oğlu

Valehov Ceyhun Ağanəzər oğlu.

11:30 - 13 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin