"Qarabağ" dünya reytinqində daha 9 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

143 xala malik "köhlən atlar" ötən ayla müqayisədə 9 pillə irəliləyərək 69-cu sıradadır.

Ölkə çempionunun UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın "Gent" klubu 117 xalla 109-cudur.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 299 xal), "Palmeyras" (Braziliya - 284) və "Liverpul" (İngiltərə - 265) qərarlaşıb.//report

15:11 - 12 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin