Zelenski Türkiyə səfirliyində olub, başsağlığı verib - FOTO

 Zelenski Türkiyə səfirliyində olub, başsağlığı verib - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə səfirliyində olub.

Asayis.Az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında paylaşım edib.

"Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olanların xatirəsini ehtiramla anırıq. Bir anda bu qədər insanın həyatına son qoyan dəhşətli faciə bizim ürəyimizdə dərin ağrılar yaratdı. Türk xalqının dərdinə şərikik və bu çətin zamanda yardım edirik. Mərhumların xatirəsi əbədidir. Yaralıların tezliklə şəfa tapmasını diləyirik", - Zelenski bildirib.

14:29 - 12 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin