"Sağ olsun, azərbaycanlı qardaşlarımız, xilasedicilər bir millət olduğumuzu hər zaman göstərirlər".
Asayis.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib.
“Azərbaycanla kədərimiz də, sevincimiz də bir, acımız da, zəfərimiz də birdir, - o, əlavə edib.