Pakistanlı nazirlər bir aylıq maaşlarını Türkiyəyə göndərirlər - FOTO

 Pakistanlı nazirlər bir aylıq maaşlarını Türkiyəyə göndərirlər - FOTO

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyəyə yardım üçün fond yaradıb. 

Asayis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazirlərin bir aylıq maaşı, digər vəzifəli məmurların isə bir günlük maaşı fonda ödəniləcək. 

Baş nazir Şahbaz Şərif ötən il Pakistanda yaşanan sel zamanı Türkiyənin onlara böyük dəstək göstərdiyini qeyd edib:

"Pakistan xalqı bu çətin anlarda türk qardaşlarını tək qoymayacaq".

11:49 - 8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin