Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının Dövlət bayrağının rəngində işıqlandırılacaq.
Asayis.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcək.