“Böyük Britaniya 76 axtarış-xilasetmə mütəxəssisi, avadanlıq və xilasedici itlərdən ibarət qrup daxil olmaqla Türkiyəyə təcili dəstək göndərib”.
Asayis.Az Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Ceyms Keleverli tvitterdə yazıb.
O bildirib ki, Britaniya lazım gələrsə, bundan sonra da Türkiyəyə dəstək verməyə hazırdır.
Qeyd edək ki, gecə saatlarında Türkiyədə baş verən zəlzələ nəticəsində 1014 nəfər həlak olub.