Rəqqasə Fatimə Fətəliyeva şair Nazilə Səfərlinin onu məhkəməyə verməsindən danışıb.
Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, rəqqasə Nazilənin üzr istəməsi istəyinə sərt reaksiya verib. "Şou xəbər"ə açıqlama verən Fatimə qarşı tərəfə ismarış göndərib:
"O qədər düşünərək yanaşır ki... Söz atır, amma adımı çəkmir. Hamı bilir ki, kimə söz atır. Üzr istəməyi heç vaxt görməyəcək. Ailəmə toxunanın dilini kəsmək yox...".
Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyir.
Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.