Ərdoğandan zəlzələ ilə bağlı - Açıqlama

 Ərdoğandan zəlzələ ilə bağlı - Açıqlama
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qeydə alınan zəlzələ haqda açıqlama verib. Asayis.az xəbər verir ki, bu barədə dövlət başçısı öz tviter hesabında yazıb. O, ilk olaraq Kahramanmaraşda baş verən, digər şəhərlərdə də hiss edilən zəlzələ ilə bağlı vətəndaşlara “keçmiş olsun” mesajı verib. Ərdoğan qeyd edib ki, zəlzələdən zərər görən bölgələrə axtarış-xilasetmə qüvvələri cəlb edilib: “Bütün qurumlar işə sürətlə başlayıblar”. Dövlət başçısı əlavə edib ki, xilasetmə işlərinə nəzarət edir: “İnşallah, yaşadığımız bu fəlakətdən ən qısa vaxtda və az ziyanla keçməyi diləyirəm”.

09:44 - 6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin