Ukraynanın müdafiə naziri istefa verə bilər

 Ukraynanın müdafiə naziri istefa verə bilər

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə bilər.

Asayis.Az xəbər verir ki, bu barədə məlumatı "Ukrainska Pravda" nəşri yayıb.

Məlumata görə, Reznikovun yerini Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov tuta bilər.

Eyni zamanda, Reznikovun Prezident Volodimir Zelenskinin komandasında qalacağı bildirilir. 

Nəşrin məlumatına görə, Reznikov ədliyyə naziri ola bilər.

19:56 - 5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin