Naxçıvan Beynəlxalq Hava Limanında 64 yaşlı kişi həbs olunub

 Naxçıvan Beynəlxalq Hava Limanında 64 yaşlı kişi həbs olunub

Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində ictimai asayişi pozan şəxs həbs olunub.

Asayis.az report-a istinadən xəbər verir ki, Beynəlxalq Hava Limanı ərazisində ictimai asayişi pozan və polisin qanuni tələbinə tabe olmayan Babək şəhər Qoşadizə məhəlləsində yaşayan, 1969-cu il təvəlüdlü Kərim Kərimov saxlanılıb.

Babək Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535 -ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 20 gün müddətinə inzibati həbs tənbeh tədbiri görülüb.

12:58 - 4 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin