Məşhur müğənni Ebru Gündeş ayrıldığı iraqlı sevgilisi ilə yenidən barışıb.
Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, keçmiş cütlük Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində görüntülənib. Onlar restoranlardan birində kameralara tuş gəliblər.
Bu barədə məlumatı jurnalist Mehmet Üstündağ yayıb. 49 yaşlı İfaçı özündən 22 yaş kiçik Rassan Xoşnavla münasibətini gözlərdən uzaqda yaşamağa üstünlük verir.
Xatırladaq ki, Rassan Xoşnavın 1.8 milyon dollarlıq (təxminən 3 milyon 60 min AZN) bahalı üzüklə evlilik təklifi etdiyi Ebrudan oktyabrda ayrılmışdı.