Jerar Depardye Rusiyadan getdi, Ukrayna ordusuna dəstək oldu

 Jerar Depardye Rusiyadan getdi, Ukrayna ordusuna dəstək oldu

Məşhur fransalı aktyor Jerar Depardye Rusiyanı tərk edib. 

Asayis.Az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri yazır.

"Mən rusiyalı olduğuma görə utanıram. Quldurlar, faşistlər və cinayətkarlarla əlaqəmiz məni çox incidir... Mordoviyadakı mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm. Mən dəstək üçün Fransa hökumətinə müraciət edirəm  və onlardan müharibədən qaçqın statusu vermələrini xahiş edirəm", - deyə Depardye bildirib.

Nəşrin məlumatına görə, Rusiyada artıq Depardyeni "xəyanətkar" adlandırıblar. 

Xatırladaq ki, Depardye 2013-cü ildə Rusiyaya köçüb. Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya Prezidenti Vladimir Putini sərt tənqid edənlərdən biri olub.

16:19 - 3 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin