30 yaşlı "Bobi" bu səbəbə görə "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO

 30 yaşlı

"Bobi" adlı it dünyanın ən yaşlı iti olduğuna görə "Ginnesin Rekordlar Kitabı"na düşüb. 

Asayis.az xarici KİV-ə istinadən xəbər verir ki, "Bobi" indiyə qədər dünyanın ən yaşlı iti hesab edilir. O, Portuqaliyada yaşayan "Saf Rafeiro do Alentejo" cinsinə aiddir. 

Bobi 23 yaşlı Çihuahua Spaykı geridə qoyub. Spayk dünyanın ən yaşlı iti adını sadəcə iki həftə daşıya bilib. Çünki ona qədər "Ginnesin Rekordlar Kitabı" Bobinin yaşı barədə məlumatlı olmayıb. Bobi haqqında informasiya əldə edildikdən sonra o, Spaykın rekordunu yeniləyib.

Bobi bütün həyatını Portuqaliyanın cənubunda "Conqueiros" adlı kənddə bir ailə ilə birlikdə keçirib. 

"Ginnesin Rekordlar Kitabı"nın rəsmi internet səhifəsində yer alan məlumata görə, Bobi bu günə qədər 30 il 266 gün yaşayıb. 

14:08 - 3 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin