Naxçıvan Universitetinə yeni rektor təyin edildi - FOTO

 Naxçıvan Universitetinə yeni rektor təyin edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib.

Asayis.Az report-a istinadən xəbər verir ki, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan A.Kazımov bu gün kollektivə təqdim edilib.

Məlumatı universitetin Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

17:56 - 2 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin