"Diskotekanı ölkəyə mən gətirmişəm, "Dubts-dubts" ritmi almaq üçün..." - Niyaməddin Musayev

"O zamanlar diskoteka anlayışı Azərbaycanda yox idi. "Udarnik" var, ona vururdular, amma musiqi düz gəlmirdi. "Dubts-dubts" ritmi almaq üçün həmin "udarnik"ə "poduşka" qoyur, min dənə iş görürdüm. Sadə ritmlər olmurdu. Diskotekanı, o ritmləri ölkəyə mən gətirmişəm. Yeniliklər var, amma o diskotekada da milli ruh olmalıdır. Milli ruh olmasa, o mahnı sevilməz, nə də onu başqa xalqlar qəbul edər. Necə şeirlərdə söz yığınağı var, musiqidə də eyni şey olacaq. Ona görə də alınmaz".

Asayis.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev "Künc-bucaq" yutub layihəsində qonaq olarkən deyib.

"Aparıcılar hansı müğənnilərlə yaxınlıq edirlər, onları da tərifləyib, reklam edirlər. Həmin müğənnini böyüdüb, böyük sənət kimi qələmə verirlər. Baxırsan ki, qabiliyyəti də yoxdur. O aparıcılar mənim gətirdiyim janr haqqında bir kəlmə də olsun danışmırlar. Elə bil içlərində paxıllıq, qısqanclıq var. Uğurlu insanam. Ulu öndər Heydər Əliyev tərəfindən qiymətləndirilmişəm. Özüm-özümə bu qiyməti verməmişəm. Onlar da bilməlidirlər ki, bu janrı yaradan Niyaməddin Musayevdir", - deyə o, aparıcılardan şikayətlənib.

N.Musayev həmkarlarının ifasını tənqid edərək musiqilərini düzgün oxumadıqlarını vurğulayıb:

"Nəğmələrimi oxuyan aranjimançılar özlərindən müştəbehdirlər. Musiqimə elə notlar əlavə edirlər ki, tamam yad olur. O musiqi ilə bu musiqi tamam uzlaşmır. Musiqidə gətirdiyim stili, janrı və nəfəsi xarab edir. Müğənnilərin əksəriyyəti musiqini düz oxumurlar".

15:42 - 1 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin