Biləsuvarda şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.
Rayonun şadlıq saraylarından birində keçirilən məclisdə şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin müxtəlif bölgələrindən gələn qonaqlar bir araya gələrək şəhidlərimizin doğmalarına mənəvi dəstək olub, onlara sevinc dolu anlar yaşadıblar.
Qeyd edək ki, hər iki şəhidimiz 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar.
