Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

 Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

Asayis.az Ölkə.az-a istinadla xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlər süni tənəffüs aparatına qoşulmuşdu.

17:10 - 15 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin