Rusiyaya işləmək üçün gedən azərbaycanlıların sayı...

 Rusiyaya işləmək üçün gedən azərbaycanlıların sayı...

2026-cı ilin ilk doqquz ayında 111 mindən çox Ermənistan vətəndaşı işləmək üçün Rusiyaya gedib.

Asayis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, yanvar-sentyabr ayları ərzində 111.235 Ermənistan vətəndaşı Rusiyaya işləmək niyyəti ilə daxil olub. Bu göstəriciyə görə Ermənistan Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Çindən geri qalır.

Lider Özbəkistan vətəndaşlarıdır - 1.535.026 nəfər. Onları Tacikistan - 665.892, Qırğızıstan - 289.061, Qazaxıstan - 176.037 və Çin - 127.176 vətəndaşı izləyir.

Vətəndaşları Rusiyaya işləmək üçün gedən digər ölkələr arasında Azərbaycan (83.991 nəfər), Hindistan (38.816), Türkmənistan (19.038) və Türkiyə (12.873) yer alır.

2025-ci ildə Özbəkistan vətəndaşları Rusiyaya işləmək üçün gələnlərin sayına görə də birinci yeri tutublar. Ötən ilin yanvar-sentyabr aylarında ölkəyə 1.771.406 Özbəkistan vətəndaşı gedib ki, bu da 2026-cı ilin eyni dövrü ilə müqayisədə 236.380 nəfər çoxdur. Özbəkistan 2026-cı ilin birinci yarısında da lider olub.

15:48 - 15 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin