Sabah Bakının bu ərazilərində su olmayacaq

 Sabah Bakının bu ərazilərində su olmayacaq

Sabah paytaxın bəzi ərazilərində su olmayacaq.

Asayis.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı gün ərzində mərhələlərlə bərpa olunacaq.

14:04 - 15 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin