Azərbaycanlıların olduğu gəmiyə hücum edildi - Video

 Azərbaycanlıların olduğu gəmiyə hücum edildi - Video

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum edilib.

Asayis.az xəbər verir ki, hadisə noyabrın 15-də saat 02:00 radələrində Rumıniyanın Sulina limanı yaxınlığında baş verib.

Gəmidəki 14 heyət üzvündən 13-ü Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır.

Ölən və xəsarət alan olmayıb. Heyət təxliyə olunmasını gözləyir.

12:58 - 15 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin