Bu gün saat 14:00-dan paytaxtın Suraxanı rayonunda Zığ şosesinin (beton yol) MİDA yaşayış kompleksi avtomobil yolu istiqamətində, MİDA yaşayış kompleksinin avtomobil yolunda, həmçinin MİDA yaşayış Kompleksindən Zığ şosesinə, hava limanı istiqamətinə çıxış yolunda təmir işləri aparılacaq.
Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan yol hissələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq:
"Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur".
