Maşın həyətin darvazasına çırpıldı: ölən var

 Maşın həyətin darvazasına çırpıldı: ölən var

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Mollaoba kəndi ərazisində qeydə alınıb.

Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.

Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildə olan sərnişin Elvin Həşimov dünyasını dəyişib.

09:24 - 1 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin