Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun özünə və yaxın ətrafına aid bir sıra əmlaklara həbs qoyulub.
Asayis.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, istintaq orqanının diqqətindən kənarda qaldığı bildirilən, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus bir sıra digər əmlaklar da mövcuddur.
Belə ki, Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevlə İlham Əliyevin şərik olduğu bildirilən bir sıra obyektlər satışa çıxarılıb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, sosial şəbəkələrdə yayılan əmlak elanlarında Xaçmaz rayonunda yerləşən müxtəlif qeyri-yaşayış obyektləri və torpaq sahələri satışa təklif olunur.
Xaçmaz rayonunda yerləşən bir neçə əmlakın satıldığı bildirilir.
Elana əsasən, təklif olunan əmlaklar arasında aşağıdakılar var:
Xaçmaz şəhərinin mərkəzində: Xalça Muzeyinin yaxınlığında, İcra Hakimiyyətinin qarşısında yerləşən, 300 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyekti.
Mirzəoba kəndində: 10 hektar torpaq sahəsi. Elan müəllifi ərazinin setka hasara alındığını, suvarma üçün artezian sisteminin və transformatorun olduğunu, çıxarışının mövcudluğunu qeyd edib.
Həsəngala kəndində: Üç gölün, ümumilikdə 5 hektar və əlavə 2 hektar torpaq sahəsinin satıldığı bildirilir. Elana əsasən, əmlakların çıxarışı var.
Yalama ərazisində: Dörd yolun yaxınlığında, magistral yolun kənarında yerləşən 85 sot torpaq sahəsi satışa çıxarılıb. Elan müəllifi bu əmlakın da çıxarışının olduğunu bildirir.
Əmlakların mümkün müsadirə və ya həbs riskini nəzərə alaraq satışa çıxarıldığı ehtimalı da istisna edilmir.
