Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

 Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

Xocavənd rayonunun Ağkənd və Qarakənd, Xocalı rayonunun isə Təzəkənd və Badara kəndlərinə gedən avtomobil yollarında əsaslı yenidənqurma işləri həyata keçirilir.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, layihələr çərçivəsində yollar müasir tələblərə uyğun şəkildə yenilənir, yol infrastrukturu yaxşılaşdırılır, yaşayış məntəqələrinin rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür.

Görülən işlər bərpa olunan yaşayış məntəqələrinin müasir və dayanıqlı yol infrastrukturu ilə təmin edilməsinə, nəqliyyat əlçatanlığının artırılmasına və Böyük Qayıdış prosesinin sürətləndirilməsinə xidmət edir.

17:36 - 23 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin