Hasil Abbasov gənc xanıma yüksək vəzifə verdi - Foto

 Hasil Abbasov gənc xanıma yüksək vəzifə verdi - Foto

Zeynəb Zamanova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri təyin olunub.

Asayis.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Z.Zamanova 2022-ci ildə Agentliyin komandasına qoşulub. O, həmin tarixdən yeni təyinatadək şöbədə aparıcı, böyük və baş məsləhətçi vəzifələrində çalışıb.

10:34 - 19 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin