DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi - Video

 DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi - Video

Daxili İşlər Nazirliyi (DİN) antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib.

Asayis.az xəbər verir ki, paylaşımda 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi olduğu qeyd edilib:

"Bu döyüşlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetirdilər. Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur".

10:06 - 19 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin