Muğanlı–İsmayıllı yolununun bir hissəsi təmir olundu

 Muğanlı–İsmayıllı yolununun bir hissəsi təmir olundu

Muğanlı–İsmayıllı avtomobil yolunun 5,2 kilometrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb.

Bu barədə Asayis.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yolun istismar müddətində deformasiyaya uğramış hissələrinin bərpası və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ərazidə kompleks tədbirlər həyata keçirilib.

Bu çərçivədə köhnə və yararsız asfalt örtüyü xüsusi texnikalar vasitəsilə frezlənərək kənarlaşdırılıb, daha sonra həmin hissəyə yeni asfalt-beton örtüyü döşənib. Bununla yanaşı, sürüşmə nəticəsində zədələnmiş ərazidə bərpa işləri aparılıb, torpaq kütlələri təmizlənərək yol yatağı möhkəmləndirilib.

Aparılan işlər çərçivəsində yolun texniki göstəricilərinin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətinin təmin olunması əsas prioritet olub. Yenilənmiş yol hissəsi həm sürücülərin rahat gediş-gəlişinə, həm də ərazidə nəqliyyat axınının fasiləsiz təşkilinə imkan yaradıb.

Görülən tədbirlər nəticəsində Muğanlı–İsmayıllı avtomobil yolunda hərəkətin təhlükəsizlik səviyyəsi artırılıb və yol infrastrukturunun dayanıqlılığı daha da gücləndirilib.

19:54 - 19 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin