İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü

 İngiltərədə yaşayan azərbaycanlı qadın qəfil öldü

İngiltərədə yaşayan azərbaycanlı qadın vəfat edib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə mərhumun yaxınları öz sosial şəbəkə hesablarında məlumat veriblər.

Qeyd olunub ki, vəfat edən uzun zamandır adıçəkilən ölkədə yaşayan Natəvan Qasımzadədir.

34 yaşlı qadın hamiləliklə bağlı anidən həyatını itirib.

Xatırladaq ki, N.Qasımzadə Vestminster Universitetində hematologiya ixtisası üzrə magistr dərəcəsi alıb. Ardından o, İngiltərədə yaşamağa davam edərək tibb sektorunda fəaliyyətə başlayıb.

13:44 - 12 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin