Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi

 Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi

Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Asayis.az-a verilən məlumata görə, paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

13:38 - 12 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin