İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axarşaz Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şirin su adlanan ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı “Ford”, “Hunday” və VAZ-21011 markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
