Bakıda küçədə qadın meyiti tapıldı

 Bakıda küçədə qadın meyiti tapıldı

Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib.

Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

11:50 - 23 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin