Xocavəndə ilk köç karvanı yola salındı

 Xocavəndə ilk köç karvanı yola salındı

Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç karvanı yola salınıb.

BUTA.TV xəbər verir ki, ilk mərhələdə Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

13:08 - 20 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin