Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları bioparçalanan polimerlərdən mikrohissəciklərin istehsalı üçün unikal metodika hazırlayıblar. Bu innovasiya eyni anda iki kəskin ekoloji problemi həll etməyə yönəlib: planetin plastik tullantılarla çirklənməsinin qarşısını almağa və asanlıqla utilizasiya olunan materialların yaradılması.
Asayis.Az-ın verdiyi məlumata görə, bu barədə institutun Mətbuat Xidmətindən xəbər verilib.
Bildirilir ki, yeni mikrohissəciklər sabun, yuyucu vasitələr və kosmetika istehsalında istifadə üçün idealdır. Onların əsas üstünlüyü ətraf mühitə düşdükdə mikroblar tərəfindən tez parçalanma qabiliyyətidir. Bu o deməkdir ki, belə komponentləri olan məhsullar tullantı şəklində toplanmayacaq və ekosistemlərə zərər vurmayacaq.
Alimlər bioparçalanan polimerlərin bir neçə variantını hazırlayıblar. Onlardan biri skrablar, kremlər və makiyaj təmizləyici vasitələrin hazırlanmasında əla nəticələr göstərib. Digər polimer növü vitaminlərin və qida maddələrinin dəri və orqanizm toxumalarına çatdırılması üçün istifadə edilə bilər.
Artıq dünyanın ən böyük kosmetika istehsalçıları bu işlənməyə maraq göstəriblər və yaxın zamanda könüllülərin iştirakı ilə birgə sınaqlar planlaşdırılır.