Asayis.Az milli.az-a istinadən xəbər verir ki, "Xəbərin var?" verilişində qonaq olan müğənni Mina Hüseyn illər öncə etdirdiyi açıq-saçıq fotosessiyalara görə peşmanlığını dilə gətirib:
"Mən ana olmaq, ailəmin olmasını istəyirəm. Gərək onları etməzdim".
M. Hüseyn həmçinin tamaşaçı fikrinə önəm verdiyini açıqlayıb:
"Yazılan şərhlərdən sonra geyimimə çəki-düzən verdim. Məni sevən və sevməyən tamaşaçı o cür görmək istəmir. Bağlı geyimdə görmək istəyir".