Antalya bu mükafata layiq görülən ilk şəhər oldu

 Antalya bu mükafata layiq görülən ilk şəhər oldu

Antalya inkişaf etməkdə olan səkkiz ölkə (D-8) təşkilatı tərəfindən "2025-ci ilin D-8 Turizm Şəhəri" seçilib.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

O qeyd edib ki, Antalya Türkiyənin bu mükafatı qazanan ilk şəhəri olub.

“Qədim dövrlərdən bu günə qədər saysız-hesabsız sivilizasiyaya ev sahibliyi edən və mədəni zənginliklərini təbii gözəllikləri ilə qarışdıraraq ziyarətçilərinə unudulmaz təcrübə təqdim edən bu bənzərsiz şəhərimiz bundan sonra da ən çox seçilən turizm məkanlarından biri olmağa davam edəcək”, - deyə nazir qeyd edib.

16:07 - 5 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin