Dövlət himnini oxuya bilmədi, həbs olundu

 Dövlət himnini oxuya bilmədi, həbs olundu

İzləyicilərini 55 milyon dollar aldatdığı iddia edilən taylandlı youtuber Nattamon Konqçak saxta şəxsiyyət vəsiqəsi ilə İndoneziyaya gedib. Fırıldaqçı fenomen dövlət himnini bilməməsi səbəbindən özünü ifşa edib və həbs olunub.

Asayis.Az xəbər verir ki, "YouTube" kanalında "Leah" və "Suchata" təxəllüsündən istifadə edən Konqçak gündəlik həyatının hissələrini paylaşdığı video bloq məzmunu hazırlayıb. O, maraqlı obrazı ilə izləyicilərinin marağına səbəb olub. 

"YouTube"da məşhurlaşmadan əvvəl qısa bir müğənnilik karyerası keçirən fenomen daha sonra "YouTube "yayımlarından əldə etdiyi gəlir və sosial media fenomeni statusu sayəsində Taylandın Patum Tani şəhərində "Costina" adlı öz dəriyə qulluq brendini qurub.

Konqçak ən son avtomobillərin, saatların və mülklərin fotolarını paylaşaraq dəbdəbəli həyat tərzini nümayiş etdirib. Daha sonra o, valyuta alverçisi olmaq istəyənlər üçün xüsusi kurslar elan edib. 

Qadın paylaşdığı dəbdəbəli həyatı ilə izləyicilərinin etimadını qazanıb. Çoxlarının etibarını qazandıqdan sonra 29 yaşlı "YouTuber" izləyicilərini "Forex" ticarətinə böyük sərmayə qoymağa yönəldib. İddialara görə, o, ardıcıllarına investisiyalarından 35 faizə qədər qazanc əldə edəcəklərinə söz verib. Onları xarici valyutaya sərmayə qoymağa istiqamətləndirib. "The Nation" nəşrinin məlumatına görə, 6 mindən çox insan ona sərmayə qoyması üçün pul verib. Lakin bu sərmayələrdən vəd edilən gəlir əldə olunmayıb.

Konqçakın investorları ödəməli olduqları ödənişləri almadıqdan sonra şikayət ediblər. Şikayətlərə cavab olaraq, "YouTuber" böyük bir ticarət səhvinə görə bütün pullarını itirdiyini bildirib. O, iddia edib ki, ona bir müddət vaxt versələr, borcunu qaytaracaq.

Konqçak daha sonra "Instagram"dakı mesajlara cavab verməyib. Tayland polisi təqibçilərindən təxminən 55 milyon dollar toplayan fenomenlə bağlı iddialar əsasında həbs qərarı çıxarıb. Ölkədən qaçan qadının İndoneziyada  olduğu üzə çıxıb. 

Yerli polis onu şübhəli şəxs qismində saxlayıb. Konqçak özünü İndoneziya vətəndaşı kimi təqdim edib. Lakin ləhcəsini şübhəli görən məmurlar ondan İndoneziya himninin oxunmasını tələb edib. Konqçak himini oxuya bilməyib və həbs edilib.





 

17:22 - 29 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin