"Azərbaycanda reytinqli verilişlər arasında ən az maaş alan aparıcılar biz idi. "Xəzər TV"də aparıcılıq edəndə ən az maaşı alırdıq. 400 manat alırdıq. Sonra 500, sonra 600, sonda isə 800 manat oldu. 4 il ərzində maaşımız 1000 manata çatdı".
Bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova "Xəbərin var?" verilişində deyib. Sevinc bildirib ki, "Xəzər TV"də çalışanda ən az maaş alan aparıcı olublar. O, ATV-də çalışan zaman aldıqları qonorarı da açıqlayıb:
"Növbəti mövsümdə ən bahalı aparıcı olduq. ATV-də ən çox maaşı biz alırdıq. Hərəmizə 3 min manat verirdilər. İlk dönəmdə premya almırdıq. Sponsor faizi var: əgər sən reklam gətirirsənsə, ordan faiz alırsan. Amma "Xəzər TV"də belə qayda yox idi".(axsam.az)