Çindən Tayvana xəbərdarlıq - “Məhv edəcəyik…”

 Çindən Tayvana xəbərdarlıq - “Məhv edəcəyik…”

Çin vəziyyətin gərginləşəcəyi təqdirdə Tayvanın məhv edilməsi riski barədə xəbərdarlıq edib. 

Asayis.Az
 xəbər verir ki. Bu barədə Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua danışıb. 

O, bildirib ki, Çin Tayvana qarşı mümkün güc tətbiqindən imtina etməyəcək:

“Biz son dərəcə səmimiyyət və tam qətiyyətlə sülh yolu ilə birləşməyə səy göstərməyə hazır olduğumuzu bəyan edirik. Eyni zamanda, biz heç vaxt güc tətbiqindən imtina etməyi öhdəmizə götürməyəcəyik”.

Çen Binhuanın fikrincə, Tayvanın nə qədər əsgər və nə qədər silah əldə etməsi önəmli deyil. Çünki ada xarici qüvvələrin dəstəyi ilə belə risk almağa cəsarət edərsə, bu, öz məhvi demək olacaq. 

Oktyabrın 14-də Çin Ordusunun Şərq Döyüş Komandanlığı Bölgəsinin rəsmisi Çinin Tayvan ətrafında birgə Qılınc 2024B təliminə başladığını bildirib. 

Çin ordusu ada yaxınlığında hərbi təlimlər keçirərkən Tayvan ordusu Hualien limanına gəmi əleyhinə raket qurğuları yerləşdirib.
 

13:24 - 17 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin