Asayis.Az xəbər verir ki, bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib.
Jurnalistin sözlərinə görə, Azərbaycan tərəfi arzulayır ki, məhz hazırkı iqtidar və onun tutduğu siyasi kurs Gürcüstanda qalib olsun:
"Çünki ABŞ Ermənistanı tam nəzarətə götürüb, amma Cənubi Qafqazda bir tarazlıq formalaşdırmağa çalışır. Hazırda Gürcüstanda suveren siyasət kursu aparan bir iqtidar var. Həmin iqtidarı ABŞ ram etsə, onun iplərini öz əlinə alsa, nəticə etibarilə həm də Ermənistanın maraqlarına uyğun bir proses baş verəcək. Bu proses həm də ABŞ, Fransa və digər bu istiqamətdə maraqlı qüvvələrin Azərbaycan üzərində təzyiqlərini artıracaq. Məhz Ermənistandakı revanşistlər, müəyyən təxribatçı qruplar, Qərbdən erməni siyasilərini həvəsləndirən proseslər də bununla əlaqəlidir. Əgər Gürcüstanda keçiriləcək seçkilərdə hazırkı iqtidarın siyasi kursu qalib gəlsə, həm də nəticə etibarilə Azərbaycanın Cənubi Qafqazda apardığı siyasi kursun qələbəsi olacaq".
Ətraflı Baku TV-nin süjetində: