Maştağada 21 yaşlı gənc özündən 16 yaş böyük kişini niyə öldürdü? - VİDEO

 Maştağada 21 yaşlı gənc özündən 16 yaş böyük kişini niyə öldürdü? - VİDEO

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş vermiş qətlin bəzi detalları məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, 21 yaşlı Məmmədəli Əmirxanov aralarında yaranmış mübahisəyə görə özündən 16 yaş böyük Səid Əhmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürməkdə şübhəli bilinir.

Qeyd edək ki, Məmmədəli Əmirxanov hadisəni törətdiyi mənzildə anası ilə yaşayırmış. Səid Əhmədov isə Maştağa qəsəbəsində usta kimi çalışırmış.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

15:25 - 15 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin