Erməni hərbçinin əl işarəsi şok etdi - VİDEO

 Erməni hərbçinin əl işarəsi şok etdi - VİDEO

Azərbaycanla sülh müqaviləsi imzalamaqdan hər vəchlə yayınan Ermənistan silahlanmaqla yanaşı, sərhədə qoşun yığmağa başlayıb.

Asayis.Az Globalinfo.az-a istinadla xəbər verir ki, bir qədər əvvəl erməni hərbçilərin avtobuslarla Azərbaycanla şərti sərhədə göndərilməsinə dair görüntülər - foto və video yayılıb.

Görüntülərdə diqqətçəkən məqam erməni hərbçilərin jest və mimikalarında qələbə, güc mesajının verilməsidir. Bu həmin hərbçilərin sərhədə hansı əhvali-ruhiyyədə göndərilməsi ilə bağlı bəzi ipucları verir.

Sərhədə göndərilənlərin zahiri görünüşündən onların çağırışçı əsgər deyil, təcrübəli hərbçilər olduğu aydın görünür.

Texnika daşınması

Teleqram kanalları iddia edir ki, Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika da daşımağa davam edir. Son aylarda xüsusən Fransa və Hindistandan silah alışını sürətləndirən Ermənistanın bunların bir qismini Azərbaycanla sərhəddə sınaqdan keçirdiyi artıq məlumdur.

Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edib ki, bu silahlanma kütləvi hal alsa və təhdid elementləri daşısa, zəruri tədbirlər görüləcək.

İnformasiya mühiti

Bir neçə gündür ki, Ermənistan mediası və eksertləri yeni müharibə hazırlığından danışırlar və Bakını ittiham etməyə cəhd göstərirlər. Xatırladım ki, Azərbaycan COP29 kimi irimiqyaslı bir tədbirə hazırlaşır. Belə bir məqamda sərhəddə hər hansı təxribat sözügedən tədbirin keçirilməsini sual altına ala bilər. Bundan yola çıxaraq deyə bilərik ki, rəsmi Bakı hər hansı hərbi gərginlikdə birmənalı şəkildə maraqlı deyil.

Ölkəmiz ərazi bütövlüyünü tam təmin edib və Qarabağda yenidənqurma işləri aparılır. Belə bir məqamda hərbi toqquşma Azərbaycana lazım deyil.

Yekun

Bütün prosesləri nəzərdən keçirəndə belə qənaətə gəlmək olar ki, Ermənistan sərhəddə hansısa gərginliyin olmasını istəyir. Lakin bunun üçün dərhal hərəkətə keçməyəcək: havadarlarının işarəsini gözləyəcək. İrəvana verilən işarə isə dünyada və regionda gedən proseslərdən asılı olacaq.

Azərbaycan Ordusu istənilən təxribata adekvat və zəruri olarsa, qeyri-simmetrik cavab vermək hüququnu özündə saxlayır.
 

 

 

 

16:46 - 14 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin