Bakıda müğənni bıçaqlandı, polis təhqiqata başladı

 Bakıda müğənni bıçaqlandı, polis təhqiqata başladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Asayis.Az xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.

Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.

Bildirilib ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.

V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında yaranmış münaqişə zəminində baş verib.

Məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb.

Belə ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini azaltmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.

Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

13:55 - 10 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin