Polis Göyçayda əməliyyat keçirdi - Saxlanılanlar var

 Polis Göyçayda əməliyyat keçirdi - Saxlanılanlar var

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də məhkum olunmuş  Fərid Babayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Asayis.Az-a verilən məlumata görə, ona məxsus fermadan kultivasiya edərək yetişdirdiyi çətənə kolları, marixuana və tüfəng aşkar edilib. 

Keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Həmin şəxslərdən heroin, marixuana və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslərdən biri olan Fərid Qəribovun rayon ərazisində avtomobil qaçırdığı da müəyyən olunub. 

Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

15:55 - 3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin