Xaçmazda məktəbli sinif yoldaşını bıçaqladı- Saxlanılan var

 Xaçmazda məktəbli sinif yoldaşını bıçaqladı- Saxlanılan var

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Asayis.Az-a bildirilib ki, oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

14:47 - 2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin