Vidadi İsgəndərli bıçaqlandı, vəziyyəti ağırdır

 Vidadi İsgəndərli bıçaqlandı, vəziyyəti ağırdır

Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb.

Asayis.Az
 xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hadisə Mülyuz (Mulhouse) şəhərində baş verib: “Bu şəhərdə yaşayan Vidadi İsgəndərli sentyabrın 29-u səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar”.

Qeyd edilib ki, V. İsgəndərli indi reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir.

11:23 - 30 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin